Rövnəq Abdullayev, Elxan Məmmədov və Elşad Nəsirov Vyanaya yollanır

12:29 - 24 Mart 2015

AFFA rəhbərliyi UEFA-nın Konqresində
 
Bu gün Avstriyanın paytaxtı Vyanada UEFA-nın XXXIX növbəti Konqresi keçiriləcək.
 
Sportal.az xəbər verir ki, Konqresin Gündəliyindəki əsas məsələlər UEFA prezidenti vəzifəsinə, həmçinin UEFA-nın və FIFA-nın İcraiyyə Komitəsinin üzvü vəzifələrinə seçkilərdir.
 
AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov Konqresdə iştirak edəcək.

Xəbər xətti