UEFA-dan Cüneyt Çakıra növbəti təyinat

13:32 - 24 Mart 2015

İspaniya - Ukrayna matçı türk hakimə tapşırıldı
 
FİFA hakimi Cüneyt Çakır "Avro-2016"nın seçmə mərhələsinin oyunlarına  təyinat alıb.
 
Sportal.az xəbər verir ki,  türkiyəli referiyə C qrupunun İspaniya - Ukrayna matçı həvalə olunub. Onun köməkçiləri Bahəddin Duran və Tarıl Ongun olacaq.
 
Qeyd edək ki, İspaniya - Ukrayna qarşılaşması martın 27-i keçiriləcək.

Xəbər xətti