Platini yenidən UEFA-nın prezidenti seçildi

18:29 - 24 Mart 2015

Daha 4 il prezident vəzifəsində
 
Mişel Platini yenidən UEFA-nın prezidenti seçilib.
 
Sportal.az xəbər verir ki, bu barədə qərar UEFA-nın bu gün keçirilən konqresində qəbul edilib. 
 
Qərara əsasən Platini növbəti 4 il müddətində UEFA-nın prezidenti vəzifəsini icra edəcək. Ardıcıl üçüncü dəfə UEFA prezidenti seçilən Platini onu dəstəkləyən hər kəsə təşəkkür edib.
 
Qeyd edək ki, Platini 2007-ci ildə Düsseldorfda keçirilən konqresdə UEFA-nın prezidenti seçilmişdi.  

Xəbər xətti