Bakı-2015 AZADA ilə sıx əməkdaşlıq edir

15:41 - 25 Mart 2015

Anti-dopinq agentliyi ilə...

 

Bakı-2015 Avropa Oyunlarının Dopinq Yoxlama Proqramı Komandası ilk Avropa Oyunlarına hazırlıq üçün Azərbaycanın Anti-dopinq Agentliyindəki həmkarları ilə sıx əməkdaşlıq edirlər.

 

Sportal.az xəbər verir ki, bir neçə AZADA Dopinq Yoxlama əməkdaşı  BEGOC baş ofisində keçirilən bir günlük təlim proqramında iştirak edib.

BEGOC-un Tibb və anti-dopinq departaenitinin rəhbəri Pam Venninq bildirib: "Təlim olduqca səmərəli keçdi. Biz güclü iş əlaqələri qurduq və Oyunlar zamanı birgə əməkdaşlıq yollarından danışdıq".

Xəbər xətti