Maltanın baş məşqçisi: "Bu oyunun ədalətli nəticəsi 0:0 hesabı olardı"

20:10 - 26 Mart 2015

"Nəticədən narazı qaldım"
 
"Gürcüstan milli komandasının heyətində səviyyəli futbolçuların olmasına şünhə etmirəm. Bu yığma gələcəyin Avropa səviyyəli komandasıdır".
 
Sportal.az xəbər verir ki, bu sözləri Malta yığmasının baş məşqçisi Pietro Qedin Gürcüstanla yoldaşlıq görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
 
Təcrübəli mütəxəssis nəticədən narazı qaldığını bildirib: "Nəticədən narazı qaldım. Bəxt bizdən üz döndərdi. Bununla belə, komandamın oyunundan razıyam. 85-ci dəqiqəyədək yaxşı oynadıq. Sonda bəxtimiz gətirmədi. Bu oyunun ədalətli nəticəsi 0:0 hesabı olardı".
 
Qeyd edək ki, yoldaşlıq görüşündə Gürcüstana 0:2 hesabı ilə uduzan Malta yığması "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində martın 28-də Bakıda millimizin qonağı olacaq.  

Xəbər xətti