Orxan Məmmədovdan 3 sarı vərəqə

00:49 - 27 Mart 2015

Polşa İrlandiyanı məğlub etdi
 
17 yaşadək futbolçulardan ibarət komandalar arasında AÇ-2015-in elit mərhələsi çərçivəsində 4-cü qrupun oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı hakim Orxan Məmmədov bu qrupun İrlandiya - Polşa oyununu idarə edib.
 
Qarşılaşma 1:0 hesabı ilə polşalıların xeyrinə başa çatıb. Məmmədov bu oyunda üç sarı vərəqə göstərib. Onlardan ikisi irlandiyalıların, digəri isə polşalıların qismətinə düşüb.

Xəbər xətti