"Xəzər Lənkəran"ın 4 futbolçusu cəzalanaraq əvəzedici heyətə göndərildi

11:10 - 27 Mart 2015

1 həftədən sonra məşqlər bərpa edildi

 

Bir həftəlik istirahəti başa vuran “Xəzər Lənkəran” martın 26-da Lənkəranda toplanıb.

 

Sportal.az xəbər verir ki, cənub təmsilçisi saat 17.00-da məşqə çıxıb. Bununla da komanda III dövrənin son matçının hazırlığına start verib. Milli komandaların düşərgələrində olan futbolçulardan savayı bütün futbolçuların qatıldığı və bir saat sürən məşqdən öncə isə klubdaxili toplantı keçirilib. Toplantıda müzakirələr sonrası baş məşçinin istəyinə uyğun əsas heyətin 4-üzvünün cəzalanması ilə bağlı qərar qəbul olunub. Belə ki, Nurxan Məsimzadə, Elsəvər Bəşirzadə, İlqar Ələkbərov və Anar Babazadə əsas heyətdən uzaqlaşdırılıblar.

 

Xatrladaq ki, “Xəzər Lənkəran” aprel ayının 1-də doğma meydanda “Sumqayıt” klubunu qəbul edəcək. (12cioyuncu.info)

Xəbər xətti