Yığmamızın rəqibində ciddi itki

19:20 - 27 Mart 2015

Kovaçiç zədələndi
 
"Avro-2016"nın seçmə mərhələsində millimizin qrupunda yer alan Xorvatiya yığması Norveçlə oyunöncəsi ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, komandanın aparıcı futbolçusu Mateo Kovaçiç zədə səbəbindən Norveçlə görüşdə forma geyinə bilməyəcək.
 
Yığmanın həkimi Boris Nemeç təcrübəli yarımmüdafiəçinin dizində ağrılar olduğunu bildirib: "Aparılan tibbi müayinədən sonra Kovaçiçin diz çarpaz bağlarında zədə olduğu aşkarlandı. Dizindəki ağrılar artıb. Kovaçiç Norveçə qarşı oynaya bilməyəcək".

Xəbər xətti