Çernaqoriya - Rusiya matçında ikinci qalmaqal: Bu dəfə matç yarımçıq dayandırıldı

02:45 - 28 Mart 2015

Futbolçular arasında qalmaqal
 
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Monteneqro – Rusiya  matçı yarımçıq dayandırılıb. 
 
Sportal.az xəbər verir ki, oyunun  66-cı dəqiqəsində qonaqların hücumçusu Roman Şırokov  penaltidən yararlana bilməyib. Bundan sonra futbolçular  arasında toqquşma baş verib.
 
Matçın baş hakimi görüşü yarımçıq saxlayıb. .
 
Qeyd edək ki, oyunun əvvəlində meydan sahiblərinin azarkeşi Rusiya millisinin qapıçısı İqor Akinfeyevə  fişəng atıb. Başından xəsərat alan qolkiper  xəstəxanaya aparılıb.

Xəbər xətti