Dohadan qızıl gəlir

17:02 - 28 Mart 2015

Stepko rəqiblərini qabaqlayıb

 

İdman gimnastikası üzrə "World Challenge Cup"ın növbəti mərhələsində Azərbaycan gimnastı Oleq Stepko qızıl medal qazanıb.

 

Sportal.az xəbər verir ki, alətlərdə finallar dünən Qətərin paytaxtı Dohada yekunlaşıb.

 

Stepko rəqiblərini üstələyərək paralel qollarda birinci yerdə qərarlaşıb. Bu kateqoriyada gümüş medal kolumbiyalı idmançının, bürünc isə rumın gimnastın olub.

Bu, belə növ yarışda qazandığımız ilk qızıl medaldı.

Xəbər xətti