Maltanın baş məşqçisi: "Uduzmağa layiq deyildik"

23:17 - 28 Mart 2015

"İkinci hissə əla oynadıq"
 
Bu gün Malta millisi AÇ-2016 seçmə mərhələsində Respublika stadionunda millimizə 2:0 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, Maltanın baş məşqçisi Pyetro Gedin oyun haqda fikirlərini bildirib: 
 
"Futbol riyaziyyat deyil, bəzən udmaq olar, bəzən də uduzmaq. Bu oyunda məğlubiyyətə layiq deyildik, amma düşünürük uduzmaq bizim günahımızdı. Azarkeşlər də qələbədə xüsusis yer tuturdu".
 
- Malta birinci hissə yaxşı, ikinci hissə zəif oynadı. Buna səbəb nə idi?
- Deyərdim ki, ilk hissədə yaxşı oynamadıq, 3-cü dəqiqədə qol buraxdıq. İlk hissədə boşluqlar var idi, daha sonra sistemi tapdıq. İkinci hissə əla oynadıq. Azərbaycanın həm sağ, həm də sol tərəfləri yaxşı idi. Əgər sol cinahda boşluq varsa, biz bunu əvvəldən  bilmirdik. Oyunçuları tanımırdıq.
 
- Bir neçə əvvəl baş məşqçi Malta millisi sükanı arxasında millimizlə yoxlama oyununda 3:0 hesabı ilə məğlub olmuşdu. O komanda ilə hazırki arasında nə fərqlər var?
- Həmin vaxt fiziki hazırlıq baxımından problemimiz var idi. Amma indi yaxşı formadayıq və əla oynadıq.

Xəbər xətti