Azərbaycanlı futbolçu Rusiya millisində dubla imza atdı

11:16 - 29 Mart 2015

Qələbədə pay sahibi olub

 

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundu çərçivəsində növbəti oyunlar keçirilir.

 

Sportal.az xəbər verir ki, doğma meydanda Litvanı 6:0 hesabı darmadağın edən Rusiya millisinin heyətində Ramil Şeydayev 90 dəqiqə meydanda olub. Azərbaycanlı futbolçu ikinci hissədə iki qol vuraraq komandasının qələbəsində böyük pay sahibi olub.

Xəbər xətti