Şalland yığmadan getdi
Ermənistan millisinin baş məşqçisi Bernard Şalland istefa verib.
Sportal.az xəbər verir ki, isveçrəli mütəxəssis "Avro-2016"nın seçmə mərhələsində Albaniyaya 2:1 hesabı ilə uduzduqları matçdan sonra bu qərara gəlib.
B.Şallandın istefa ərizəsi Ermənistan Futbol Federiyası tərəfindən qəbul edilib.
Qeyd edək ki, İ qrupunda mübarizə aparan Ermənistan 1 xalla sonuncu pillədədir.
Xatırladaq ki, "Qarabağ"ın futbolçusu Ansi Aqolli Albaniya millisinin Ermənistana qalib gəldiyi görüşdə 90 dəqiqə oynayıb.
saytlarin hazirlanmasi