AFFA AZAL-ın şikayətini rədd etdi

11:18 - 31 Mart 2015

Rəşad Abdullayevlə bağlı...

 

Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.
 

Sportal.az AFFA-nın saytınma istinadən xəbər verir ki, iclasda AZAL-ın futbolçusu  Rəşad Abdullayev barədə müraciətə baxılıb. Müzakirələrdən sonra  qəbul edilən qərara əsasən, AZAL-ın müraciəti təmin olunmayıb. AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılıb.

 

 

Xatırladaq ki, R.Abdullayev Azərbaycan Premyer Liqasının 25-ci turunda  "Bakı"ya qarşı matçda rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Xəbər xətti