Baş məşqçi dəyişikliyi
AFFA və Bakcell şirkətinin birgə əməkdaşlığı çərçivəsində Bakıda fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbində məşqçi dəyişikliyi baş verib.
Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, aprelin 1-dən etibarən Samir Ələkbərov məktəbdə ingiltərəli mütəxəssis Mick Bennettin köməkçisi vəzifəsində çalışmağa başlayacaq.
Qeyd edək ki, daha öncə bu vəzifədə Azərbaycan milli komandasında baş məşqçinin köməkçisi olan Elxan Abdullayev çalışırdı.
saytlarin hazirlanmasi