Rövnəq Abdullayev: "Bakı"nın gələcəyinin necə olacağı bilinmir"

19:41 - 31 Mart 2015

"AFFA bütün klublara kömək edə bilməz"
 
AFFA prezidenti Rövnəq Abdullayev hazırda ciddi maliyyə problemləri yaşayan “Bakı” klubu haqda danışıb.
 
Sportal.az xəbər verir ki, R.Abdullayev jurnalistlərə açıqlamasında "Bakı"nın gələcəyinin qeyri-müəyyən olduğunu bildirib:
 
"Bakı"dakı vəziyyəti bilmirəm. Bu, klubun sərmayəçisindən asılı olacaq. “Bakı” klubunun sahibinin hazırda problemləri var. Bunu normal qarşılamalıyıq. Hər insanın çətinlikləri ola bilər. Amma AFFA bütün klublara kömək edə bilməz. 
 
İlin sonunadək bütün klublar ictimailəşəcək. Banklar sağ olsun ki, onların sayəsində “Bakı”nın futbolçularının məvacibləri ödənilir. Lakin klubun gələcəyinin necə olacağı bilinmir".

Xəbər xətti