"Simurq"la matç öncəsi "təyyarəçilər"ə şad xəbər

00:25 - 1 Aprel 2015

 

İqbekoyi sıraya döndü
 
AZAL Premyer Liqanın 27-ci turuna iki ciddi itki ilə hazırlaşır.
 
Sportal.az xəbər veir ki, Rəşad Abdullayev və Seymur Əsədov cəzalı durmuda olduqları üçün "Simurq"la vacib oyunda komandaya  kömək edə bilməyəcəklər. Baş məşqçi Tərlan Əhmədovu sevindirən digər məqam isə 3 həftəyə yaxındır zədəli olan Viktor İbekoyenin sağalması olub. Futbolçu zədəsini tam sağaldaraq komanda ilə məşqlərə qoşulub. O, "Simurq"la oyunda şans veriləcəyi tədqirdə komandasına kömək edə biləcək. "Simurq" - AZAL matçı bu gün saat 18:00-da start götürəcək.

Xəbər xətti