27-ci turun matçı
Əvəzedici heyətlərin ölkə birinciliyinin növbəti turunun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, hazırda turnir cədvəlinə vahid liderlik edən "Simurq", doğma arenada "AZAL"ı qonaq edib. Oyunda ilk qapıya zərbəni qonaqlar vursa da, hesabı açan Zaqatala təmsilçisi olub. Görüşün 8-ci dəqiqəsində Nicat Muxtarovdan gözəl ötürmə alan çempionatın bombardiri Oruc Balaşlı 20-ci qoluna imzasın atıb. Bundan sonrada hücumlarını davam etdirən Rövşən Babayevin yetirmələri fasiləyə qədər hesab arasındakı fərqi artıra bilməyib.
Komanda ikinci qol istəyinə 59-cu dəqiqə çatıb. Sol cinahdan gözəl hücum təşkil edən "sarı-qaralar" Sahib Abbasovla növbəti dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. Qonaqların isə bu toplardan yalnız birinin əvəzini çıxmağa gücləri çatıb. İkinci hissənin əsas vaxtına əlavə edilmiş ilk dəqiqədə penaltidən "təyyarəçilər" təsəlli qolunu vurub.
"Simurq" - AZAL 2:1
Qol: Oruc Balaşlı, 8; Sahib Abbasov, 59 // İsa
saytlarin hazirlanmasi