27-ci turun matçı
"Xəzər Lənkəran" bu gün doğma meydanda "Sumqayıt" klubunu qəbul edir.
Sportal.az xəbər verir ki, komandanın heyətində 4 itki var. Belə ki, sənədlərini almaq üçün hərbi hissəyə çağırılan Kamran Abdullazadə ilə yanaşı, U 19 millisi ilə birgə Fransada olan İlyas Səfərzadə və Elur Cəfərov bu gün meydanda görünməyəcəklərsə zədəsini qismən sağaltmaq üzrə olan Ruslan Cəfərovun da komandaya kömək edə biləcəyi inandırıcı deyil.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Sumqayıt" matçı saat 17:00-da start götürəcək. (12cioyuncu.info)
saytlarin hazirlanmasi