"Xəzər Lənkəran" qələbə qazansa da, istirahət etməyəcək

01:00 - 2 Aprel 2015

Komanda ayın 4-ü Bakıya yollanacaq
 
Aprelin 1-də Fırtınalar meydanında Sumqayıtı 3:2 hesabı ilə məğlub edən Xəzər Lənkəran istirahət etməyəcək.
 
Sportal.az xəbər verir ki,  aprelin 2-də saat 17:00-da oyunsonrası bərpa məşqini keçirəcək. Sumqayıtla oyunda meydanda olan futbolçular yüngül hazırlıqla kifayətlənəcəklər, oyunu ehtiyat skamyada keçirənlər isə məşq prossesində sona qədər iştirak edəcəklər. Komanda daha bir gün doğma şəhərdə hazırlaşdıqdan sonra Bakıya yollanacaq. Qeyd edək ki, Xəzər Lənkəran Premyer Liqanın XXVIII turu çərçivəsində aprelin 5-də İnter klubunun qonağı olacaq.

Xəbər xətti