"Xəzər Lənkəran"da iki ciddi itki

11:02 - 2 Aprel 2015

"İnter"lə matçda oynamayacaqlar

 

Premyer Liqanın 27-ci turunda "Sumqayıt"la matçda "Xəzər Lənkəran" iki ciddi itki ilə üzləşib.

 

Sportal.az хəbər verir ki, baş məşqçi Elbrus Məmmədov qarşıdakı turda Alfred Sanko və Sadio Tounkaranın хidmətindən yararlana bilməyəcək. Hər iki futbolçu cəzalı duruma düşüb. Sanko "Sumqayıt"la oyunun 82-cü, Tounkara 45-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanaraq sarı vərəqə limitini doldurub.

 

Qeyd edək ki, "Xəzər Lənkəran" 28-ci turda "İnter"in qonağı olacaq.

Xəbər xətti