Azərbaycan Dünya Kuboku üçün heyətini müəyyənləşdirdi

15:08 - 2 Aprel 2015

Yığmamız 11 nəfərlə yollanır
 
Sərbəst güləş üzrə Azərbaycan millisinin dünya kuboku yarışlarında iştirak edəcək heyəti açıqlanıb.
 
Sportal.az xəbər verir ki, heyəti bu gün Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev açıqlayıb.
 
O, bildirib ki, ölkəmizi bu mötəbər turnirdə Yaşar Əliyev, Cəlal Süleymanov (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov, Maqomed Muslimov (65 kq), Ruslan Dibirhaciyev, Murad Süleymanov (70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Maqomedov (125 kq) təmsil edəcəklər.
 
Qeyd edək ki, sözügedən turnir aprelin 11-12-də ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək.

Xəbər xətti