Futbolçu hələ də komandaya qoşulmayıb
Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov Türkiyənin "Karşıyaka" klubunun əsas heyətindəki yerini itirə bilər.
Sportal.az xəbər verir ki, o, hələ də komandasının düşərgəsinə qayıtmayıb.
Buna səbəb onun pasportunda möhür vurmaq üçün heç bir yerin qalmamasıdır. Hazırda Mahir yeni pasport almaqla məşğul olur.
Lakin Türkiyə mətbuatının yazdığına görə, bu, Mahirlə bağlı ilk belə problem deyil. O, 2014-cü ilin noyabr ayında da Bakıya səfəri zamanı oxşar intizamsızlığı ilə yadda qalmış, lakin baş məşqçi Yusuf Şimşəyin buna elə də diqqət yetirməmişdi. İzmirlilərin indiki baş məşqçisi Ayhan Akman isə Şükürovu bu intizamsızlığına görə cəzalandıra bilər.
saytlarin hazirlanmasi