28-ci tura hazırlıq
"Sumqayıt” üzərindəki əzmkar qələbədən sonra fasilə vermədən növbəti turun hazırlığına start verən “ Xəzər Lənkəran” məşqlərini yekunlaşdırmaq üzrədir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, IV dövrənin ilk turunda “ İnter”in qonağı olacaq komanda Lənkərandakı hazırlığını tamamlayıb. Sabah paytaxta yola düşəcək “ Xəzər Lənkəran” dincəldikdən sonra oyunöncəsi son məşqini keçirmək üçün “ İnter Arena”nın yolunu tutacaq və məşqi yekunlaşdırıb oyun saatını gözləyəcək.
Qeyd edək ki, heyətdə zədəli futbolçu olmasa da Sadio Tounkara və Alfred Sanko cəza səbəbindən bu oyunda komandaya kömək edə bilməyəcəklər
saytlarin hazirlanmasi