Şeydayevdən 10 qol
Rusiyanın U-19 yığmasının və "Zenit"in azərbaycanlı futbolçusu Ramil Şeydayev "Avro-2015"in bombardirlər siyahısına başçılıq edir.
Sportal.az xəbər verir ki, R.Şeydayev "Avro-2015"in seçmə və elit raund mərhələlərində keçirdiyi 6 oyunda 10 qol vurub.
Onun ən yaxın izləyicisi isveçrəli Nikolas Hunzikerin aktivində isə 5 qol var. Elit raund mərhələsində Belçika, İsveç və Litva ilə eyni qrupda mübarizə aparan Rusiya yığması bütün görüşlərdə qələbə qazanaraq birinci olub. Ramil Şeydayev İsveç (6:0) və Litva (3:1) ilə görüşlərdə dublla yadda qalıb.
saytlarin hazirlanmasi