Maliyyə qalmaqalı davam edir
"Barselona"nın hücumçusu Neymar məhkəməyə çağırılıb.
Sportal.az xəbər verir ki, 2013-cü ildə onun "Santos"dan katalon klubuna transferi zamanı baş vermiş maliyyə qalmaqalı ilə əlaqədar məhkəmə hələ davam etməkdədir.
Braziliyalı futbolçu məhkəmədə dindiriləcək. Onun transferini həyata keçirən "Barselona"nın sabiq rəhbəri Sandro Rosel 13 milyon avro vergini mənimsəməkdə ittiham edilir. Eləcə də, hazırki prezident Xosep Bartomeunun da bu işdə əli olduğu bildirilir.
Ümumilikdə, bu işlə əlaqədar keçiriləcək məhkəmə iclasında 8 nəfər ifadə verəcək.
saytlarin hazirlanmasi