"Reklam haqqında" qanun layihəsində dəyişiklik
Milli Məclisin bu gün keçirilən iclasında “Reklam haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Sportal.az APA-ya istinadən xəbər verir k, layihə barədə deputat Vahid Əhmədov məlumat verib.
O bildirib ki, qanun layihəsi 4 fəsil, 39 maddədən ibarətdir. V. Əhmədov Azərbaycanda reklamla bağlı qanunun qəbulundan 17 il keçdiyini xatırladaraq deyib ki, qanunun yenidən hazırlanmasına böyük ehtiyac var.
Deputatın sözlərinə görə, qanun layihəsində yeniliklərdən biri də idman-mərc oyunlarının reklamı üçün vaxt məhdudiyyətinin qoyulması ilə əlaqədardır. Əhalinin, xüsusən gənclərin psixologiyasına təsiri nəzərə alınaraq belə reklamların yayım vaxtı saat 23:00-dən 07:00-dək məhdudlaşdırılıb.
Qanun layihəsi səsə qoyularaq birinci və ikinci oxunuşda qəbul olunub.
saytlarin hazirlanmasi