Musa Quliyev: "Messinin ayağında top yoxdur, əlində "Pepsi" var"
"Bu gün məktəb dəftərlərin üstündə Messinin reklamı gedir, amma ayağında top yoxdur, əlində “Pepsi” var”.
Sportal.az xəbər verir ki, bunu “Reklam haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Musa Quliyev deyib.
O bildirib ki, bu cür reklamlardan sonra məktəblilərin sərinləşdirici içkilərə marağı artır: “Məktəbli “Pepsi”ni görür, həvəslənir və gedib onu alır. Halbuki, bu içkilər insan orqanizminə ziyandır”. (Modern.az)
saytlarin hazirlanmasi