Bu gün son məşq sabah oyun
Premyer Liqanın XXVIII turu çərçivəsində “İnter” klubu ilə səfərdə qarşılaşacaq “Xəzər Lənkəran” bu gün oyunöncəsi son məşqini keçirəcək.
Sportal.az xəbər verir ki, cənub təmsilçisi səhər saatlarında doğma şəhəri tərk edərək Bakıya yollanıb. Paytaxta çataraq bir neçə saat oteldə dincəldikdən sonra komanda “İnter Arena” stadionunda saat 18:00-da məşqə çıxacaq.
Qeyd edək ki, "İnter" - "Xəzər Lənkəran" matçı sabah saat 18:00-da başlayacaq.
saytlarin hazirlanmasi