Fernandao "Qalatasaray"da?

13:48 - 4 Aprel 2015

Braziliyalı hədəfdə

 

"Bursaspor"un braziliyalı hücumçusu Fernandao karyerasını "Qalatasaray"da davam etdirə bilər.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "aslanlar"ın baş məşqçisi Həmzə Həmzəoğlu Fernandaonu komandasında görmək niyyətindədir.

 

Qeyd edək ki,  yaxın bir müddətdə yeni prezident seçkilərinə hazırlaşan "Qalatasaray" bu dönəm bitər-bitməz Fernandaoya müqavilə təklif edəcək.

Xəbər xətti