Mahir Şükürov oynamadı, 11 qol vuruldu

00:15 - 5 Aprel 2015

"Karşıyaka" qələbə qazandı
 
Türkiyə PTT I Liqasında 26-cı turun oyunları davam edir.
 
Sportal.az xəbər verir ki, millimizin futbolçusu Mahir Şükürovun komandası "Karşıyaka" da növbəti oyununa çıxıb. Komanda doğma meydanında "Adana Dəmirspor"u qəbul edib. Mahirin oynamadığı matçda 11 qol qeydə alınıb. "Karşıyaka" rəqibini 6-5 hesabı ilə məğlub edib.
 
Qeyd edək ki, bir neçə gün öncə futbolçumuz baş məşqçi tərəfindən əsas komandadan uzaqlaşdırılıb.

Xəbər xətti