Yüksək Liqada 13-cü tur həyəcanı: "Xəzər Adaları" çətin sınaq qarşısında

00:37 - 5 Aprel 2015

Komanda növbəti oyununa çıxır
 
Bu gün futzal üzrə Yüksək Liqada 13-cü turun iki oyunu keçiriləcək.
 
Sportal.az xəbər verir ki, lider "Xəzər Adaları"  "Araz"ı qəbul edəcək. Bu qarşılaşma saat 13:30-da start götürəcək.  Bu matçın ardından saat 15:00 "Fənər" "Neftçi"ni qəbul edəcək.
 
Qeyd edək ki, "Xəzər Adaları" - "Araz" matçından sonra baş məşqçilər Elnur Qənbərov və Tino Peres mətbuat konfransı keçirəcək və jurnalistlərin suallarını cavablandıracaq.

Xəbər xətti