Mənsimzadə də komandadan getdi
"Xəzər Lənkəran" İlqar Ələkbərovdan sonra daha bir futbolçu ilə yollarını ayırdı.
Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, Nurxan Mənsimzadə də dünən komandadan ayrılıb. Bir müddət əvəzedici heyətə göndərilən Mənsimzadə bu mövsüm əsas heyətdə heç nə ilə yadda qalmayıb.
Qeyd edək ki, futbolçu yay transfer pəncərəsində "İnter"dən "Xəzər Lənkəran"a keçmişdi.
saytlarin hazirlanmasi