Final matçı
Voleybol üzrə Çempionlar Liqasında qadınların mübarizəsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, turnirin finalı dünən baş tutub.
Polşada təşkil olunmuş "Dördlər finalı"nda sevinən tərəf Türkiyənin “Əczaçıbaşı” klubu olub. Tarixində ilk dəfə qitənin ən nüfuzlu turrinin qalibi adını qazanan komanda həlledici qarşılaşmada İtaliya "Yamamay"ını məğlub edib. Türkiyənin digər təmsilçisi "Vakifbank" 3-cü, meydan sahibi "Ximik" isə 4-cü yeri tutublar.
Qeyd edək ki, ölkəmizi yarışda təmsil edən "Azəryol" pley-offda məhz İtaliyanın "Yamamay" klubuna məğlub olaraq mübarizəni dayandırıb. "Rabitə" isə çıxış etdiyi qrupda sonuncu pilləni tutub.
Çempionlar Liqası
“Dördlər finalı”
4 aprel
Yarımfinal
"Vakıfbank" (Türkiyə) - "Əczaçıbaşı" (Türkiyə) – 1:3 (22:25; 25:16; 22:25; 22:25)
"Ximik" (Polşa) – "Yamamay" (İtaliya) – 0:3 (21:25; 25:27; 21:25)
Üçüncü yer uğrunda
"Vakıfbank" (Türkiyə) - "Ximik" (Polşa) – 3:0 (25:19; 25:21; 25:17)
Final
"Əczaçıbaşı" (Türkiyə) – "Yamamay" (İtaliya) – 3:0 (25:22; 25:11; 25:21)