Yüksək Liqada 13-cü tur başa çatdı: 3 oyuna 30 qol

18:10 - 6 Aprel 2015

"Neftçi" məğlub oldu
 
Futzal üzrə Azərbaycan Yüksək Liqasında 13-cü turun oyunları başa çatıb.
 
Sportal.az xəbər verir ki, EKOL "Qarabağ Veteranları"nı 12:1, "Xəzər Adaları" "Araz"ı 4:3, "Fənər" "Neftçi"ni 6:4 hesabı ilə məğlub edib. Bu nəticələrdən sonra "Xəzər Adaları" 36 xalla birinci, "Fənər" 28 xalla ikinci, "Neftçi" 21 xalla 3-cü, "Araz"  18 xalla 4-cü, EKOL 10 xalla 5-ci. "Qarabağ Veteranları" 0 xalla sonuncu pillədədi.

Xəbər xətti