Elxan Məmmədov Məşqçilər Komitəsinin üzvlərindən hesabat istədi FOTOLAR

18:52 - 6 Aprel 2015

Rəsmi və yoxlama oyunu ilə bağlı müzakirələr aparılıb
 
AFFA-nın baş katibi Elxan Məmmədov bu gün Məşqçilər Komitəsinin üzvləri və texniki direktorla  görüş keçirib.
 
Sportal.az xəbər verir ki, görüşdə U-16, U-17, U-19 və U-21 yığma komandalarının son rəsmi və yoxlama oyunları ilə bağlı geniş müzakirə aparılıb və hesabat təqdim olunub. 
 
Komitə üzvlərinin və texniki direktorun fikirləri səsləndikdən sonra baş katib tərəfindən gələcək işlər barədə müvafiq tapşırıq və tövsiyə verilib.
 

Xəbər xətti