Las Veqasda qızıl medal qazanıldı

19:45 - 6 Aprel 2015

"US Open"

 

Azərbaycan Milli Karate Federasiyasının prezidenti (AMKF) Yaşar Bəşirovun rəhbərliyi ilə Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində nüfuzlu "US Open" beynəlxalq turnirində iştirak edən karateçilərimizdən Nəcməddin Bünyadov (-84 kq) bürünc medal qazanıb.

 

Sportal.az xəbər verir ki, 18-21 yaşlı gənclərdən ibarət seçmə komandamızın digər 2 üzvü - Vüsal Kamallı və Şahin Quluzadə (hər ikisi -75kq) isə döyüşlərini qənaətbəxş keçirsələr də mükafatçılar arasına düşə bilməyiblər.

 

"US Open"ə hər il olduğu kimi dünyanın ən güclü karate ölkələrinin idmançıları qatılıb.

 

AMKF-in prezidenti və Dünya Karate Federasiyası (WKF) Texniki komitəsinin üzvü Y.Bəşirov yarış ərəfəsində Las Veqaasda amerikalı həmkarları ilə görüşlər keçirib, karatenin perspektivlərindən danışıbılar.

Xəbər xətti