"Bavariya" "Real"ın futbolçusu ilə danışıqlara başladı

01:24 - 7 Aprel 2015

Serxio Ramos Almaniya klubunda?
 
Münhenin “Bavariya” klubu nümayəndələri “Real”ın müdafiəçisi Serxio Ramosla bağlı danışıqlar aparıblar.
 
Sportal.az xəbər verir ki, danışıqlar futbolçunun qardaşı və agenti Rene Ramosla olub. Amma müzakirələrin nəticəsi haqda məlumat yoxdur.
 
Xatırladaq ki, “Bavariya”nın baş məşqçisi Xosep Qvardiola bundan öncə “Real”dan yarımmüdafiəçi Xabi Alonsonu klubuna transfer edib.
 
İspaniya mətbuatı yazır ki, Ramosun “Real”la müqaviləsi 2017-ci ilin yayında başa çatır. Yeni müqavilənin uzadılması ilə bağlı danışıqlar isə hələlik müsbət nəticə verməyib. Bildirilir ki, Ramos özü maaşının qaldırılması ilə bağlı tələbləri yerinə yetiriləcəyi təqdirdə “Kral klubu”nda qalmaq istəyir.

Xəbər xətti