Ölkəmizdə universal döyüş üzrə beynəlxalq turnir keçiriləcək

12:32 - 7 Aprel 2015

4 heyətlə təmsil olunacaq

 

Aprelin 23-26-da Ağdam Olimpiya İdman Kompleksində mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş universal döyüş üzrə beynəlxalq turnir keçiriləcək. 

 

Sportal.az xəbər verir ki, yarışda 10 ölkədən 400-dək idmançı qüvvəsini sınayacaq. Azərbaycan komandası yarışda 4 heyətlə təmsil olunacaq. Beynəlxalq turnirdə bölgələri təmsil edən idmançılarımız da iştirak edəcəklər. 

 

Qeyd edək ki, ənənəvi olaraq keçirilən yarış ötən il Qusar Olimpiya İdman Kompleksində təşkil edilmişdi. Azərbaycan yığma komandası həmin yarışda ümümi hesabda birinci pillədə qərarlaşmışdı.

Xəbər xətti