Yenidən İspaniyaya qayıda bilər
"Mançester Yunayted"in qapıçısı Viktor Valdes karyerasını yenidən İspaniyada davam etdirə bilər.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, sabiq "Barselona"lı qapıçı ilə Madridin "Real" klubu yaxından maraqlanır.
Qeyd edək ki, 33 yaşlı futbolçu formasını tam yığa bilmədiyi üçün hal-hazırda "qırmızı şeytanlar"ın əvəzedici heyətində çıxış edir.
saytlarin hazirlanmasi