UEFA, EPFL, FİFPro VƏ ECA nümayəndələri ilə görüş keçirilib

15:20 - 8 Aprel 2015

Bir sıra məsələlər müzakirə edilib

 

Bu gün Hilton otelində UEFA, EPFL, FİFPro VƏ  ECA təşkilatlarının nümayəndələri ilə AFFA, PFL və Topaz Premyer Liqasında iştirak edən klubların nümayəndələri arasında “Peşəkar futbolçu müqavilələrinə dair minimum tələblərin yerli səviyyədə tətbiqi” mövzusunda görüş keçirilib.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə UEFA-nın nümayəndəsi Grafström Mattias, AFFA-nın Hüquq və kadrlar şöbəsinin rəisi Rəmiş Malıyev “Peşəkar futbolçularla futbol klubları arasında bağlanan müqavilələrin məzmunu ilə bağlı UEFA-nın tələbləri” mövzusunda çıxış edib, klub nümayəndələrinin sualları cavablandırıblar.

 

Daha sonra “Futbol sahəsində mövcud olan mübahisələrin həlli sistemi” müzakirə edilib, AFFA-da yeni yaradılmış Mübahisələrin həlli sistemi barədə məlumat verilib.

Xəbər xətti