Yenidən Premyer Liqada?
"Real"ın ispaniyalı müdafiəçisi Alvaro Arbeloa karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Danilonun gəlişindən sonra "Real"dan ayrılması gözlənilən 32 yaşlı Arbeloa ilə "Arsenal" klubu yaxından maraqlanır.
Qeyd edək ki, "topçular" "Liverpul"un sabiq futbolçusunu növbəti mövsümdən rənglərinə qata bilmək üçün danışıqlara başlayıb.
saytlarin hazirlanmasi