UEFA qalmaqallı matç haqda qərarını verdi

00:19 - 9 Aprel 2015

Rusiya 3 xal qazandı
 
UEFA  "Avro-2016"nın seçmə mərhələdində  Monteneqro və Rusiya milliləri arasındakı yarımçıq qalan oyunla bağlı qərarını açıqlayıb.
 
Sportal.az xəbər verir ,  UEFA Monteneqroya texniki məğlubiyyət verilib.
 
Bundan başqa, Monteneqro qarşıdakı 2 ev oyununu azarkeşsiz keçirəcək və 50 min avro cərimə ödəyəcək. Rusiya millisi isə  25 min avro ilə cərimələnib.
 
Qeyd edək ki, Monteneqro - Rusiya matçının ilk dəqiqəsində yerli fanatlar qonaqların qapıçısı İqor Akinfeyevə fişəng atıb. Başından xəsarət alan qolkiper xəstəxanaya aparılıb. Bundan sonra matç dayandırılıb.  Bundan sonra futbolçular arasında insident yaranıb və Rusiya millisinin oyunçuları meydanı tərk ediblər. Beləliklə də, görüş yarımçıq dayandırılıb.

Xəbər xətti