Superliqada finalçılar məlum oldu

01:12 - 9 Aprel 2015

"Rabitə"dən inamlı qələbə
 
Voleybol üzrə ökə birinciliyində qadınların mübarizəsində finalın ikinci iştirakçısınınadı bəlli olub.
 
Sportal.az xəbər verir ki, bu gün pley-off mərhələsində sonuncu yarımfinal oyunu keçirilib. Voleybol Mərkəzində baş tutan görüşdə "Azəryol" və "Lokomotiv" növbəti finalçının adını müəyyənləşdiriblər. Əvvəlki iki qarşılaşmada tərəflər hərəyə bir qələbə qazandığından üçüncü oyun həlledici olub. Daha üstün mübarizə aparan "dəmiryolçular" qızıl medal uğrunda yarışmaq hüququ qazanıblar. "Azəryol" isə üçüncü yer uğrunda "Azərreyl"ə qarşı mübarizə aparacaq.
 
Qeyd edək ki, finalda "Lokomotiv"in rəqibi "Rabitə"dir. Zoran Qayiçin yetirmələri yarımfinalda "Azərreyl"i iki görüşdə məğlub edib. 
 
Super Liqa, Pley-off, yarımfinal (cavab oyunu)
8 aprel
"Azəryol" - "Lokomotiv" 1:3 (17:25, 25:18, 12:25, 16:25)

Xəbər xətti