Hər gün 7 saat
Türkiyənin “NTV Spor” televiziya kanalı “Bakı-2015” birinci Avropa Oyunlarını hər gün yeddi saat canlı yayımlayacaq.
Sportal.az xəbər verir ki, bundan başqa, Avropa Oyunlarının açılış və bağlanış mərasimləri də “NTV spor”un efirində birbaşa göstəriləcək. “NTV spor” ilə ilk Avropa Oyunlarının Əməliyyat Komitəsi arasında bu barədə müqavilə imzalanıb.(AzərTac)
saytlarin hazirlanmasi