Məşqçilərimiz UEFA seminarında

11:04 - 13 May 2015

Sonuncu modul

 

Belarusun paytaxtı Minsk şəhərində qapıçı məqşçiləri üçün UEFA seminarının dördüncü – sonuncu modulu keçirilir.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Faiq Əzizov, Azərbaycan yığma komandalarının qapıçı məşqçiləri üzrə koordinatoru Viktor Miqel Fernandes, köməkçisi Ramiz Kərimov və “Neftçi” PFK-nın qapıçılar məktəbinin koordinatoru Dmitri Kramarenko seminarda iştirak edir.

Xəbər xətti