"Atletiko"nun hücumçusu Fransa klubunda?

13:27 - 13 May 2015

İspaniyadan Fransaya

 

Madrid "Atletiko"sunun hücumçusu Mario Mandzukiç karyerasını Fransada davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, xorvatiyalı forvardla "Monako" klubu yaxından maraqlanır. Mövsümün sonunda 20 milyon avroluq təklif göndərməyə hazırlaşan Fransa təmsilçisi Dmitar Berbatovun əvəzinə Mandzukiçi gətirməkdə israrlıdı.

 

Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm "Atletiko"nun heyətində çıxdığı 42 matçda 20 qol və 5 asistlə yadda qalıb.

Xəbər xətti