"Bizi də sevindirsin"
"Qarabağ"ın gənc futbolçusu Namiq Ələsgərov I Divizion təmsilçisi "Şahdağ" (Qusar) klubunu 65-ci ilini qeyd etməsi münasibəti ilə təbrik edib.
Sportal.az xəbər verir ki, bu barədə "Şahdağ"ın rəsmi facebook səhifəsində məlumat yayılıb. Həmin mesajı təqdim edirik:
"Mən bir keçmiş "Şahdağ"ın futbolçusu, həm də bir qusarlı kimi, bu 65 il münasibətiynən komandanı təbrik edirəm. Arzu edirəm ki, rayonumuzu yenidən yüksək liqada təmsil eləsin və böyük uğurlar qazansın. Bizi də sevindirsin".
saytlarin hazirlanmasi