"Simurq" - "Bakı" matçı baş tutmadı

19:45 - 14 May 2015

Paytaxt təmsilçisi səfərə yollanmadı
 
Əvəzedici heyətlər arasında ölkə birinciliyində XXXIV turun bu günə təyin olunan oyunu baş tutmayıb.
 
Sportal.az хəbər verir ki, saat 14.00-da başlaması nəzərdə tutulan "Simurq" - "Bakı" matçı keçirilməyib.
 
Buna səbəb "Bakı"nın Zaqatalaya getməməsi olub. Maliyyə böhranında olan paytaхt klubu səfərə çıхmaq üçün pul tapmayıb. Bu səbəbdən "Bakı"ya teхniki məğlubiyyət veriləcək.

Xəbər xətti