"Bakı-2015": Voleybolçularımız mübarizəni dayandırdı

11:55 - 20 İyun 2015

1/16 final matçında...

 

"Bakı-2015" I Avropa Oyunları çərçivəsində kişilər arasında çimərlik voleybolu üzrə yarışların 1/16 finalın matçları başlayıb.

 

Sportal.az xəbər verir ki, bu gün azərbaycanlı voleybolçular Neylton Santos və Yaroslav Rudıx latviyalı rəqibləri qarşılaşıblar.

 
Bu oyunda millimiz 1:2 hesabı (22:20, 16:21, 13:15) ilə uduzub və turnirdə mübarizəni dayandırıb.

Xəbər xətti